

Çoxsaylı Konfranslar, forumlar və festivallar – Fayda yoxsa Yük?
Son zamanlar dostlarımdan biri ölkəmizdə sektoral forum, festival və konfransların sayının çox olmasından narahatlığını bildirdi. Bir konsultant kimi bu narahatlığı başa düşürəm; keyfiyyətsiz və formal tədbirlər sadəcə vaxt və resurs itkisidir.
Lakin, düzgün icra olunan forumlar iqtisadi inkişaf üçün kritik əhəmiyyət daşıyır. Dünya praktikası (məsələn, Davos WEF, sektoral Fintech/AgriTech sammitləri) göstərir ki, bu platformalar:
1. Bilik Transferi: İnovasiyalar və qlobal "Best Practices" üzrə bilik mübadiləsinin əsas mənbəyidir.
2. Şəbəkələşmə: Xarici Birbaşa İnvestisiya (FDI) cəlbi və Dövlət-Özəl Tərəfdaşlıqları (DOT) üçün ilkin əlaqə platformasıdır.
3. İslahat Kanalları: Özəl sektorun problemlərini birbaşa dövlət qərar qəbul edənlərə çatdırmaq üçün rəsmi, şəffaf kanaldır.
Məhsuldar Nəticələr Üçün Tövsiyələrim Dövlət Qurumlarına: qatılıb xalqı dinləyin.
Dövlət nümayəndələri tədbirlərə sadəcə "iştirakçı" kimi deyil, "nəticə çıxarmağa hazır olan tərəfdaş" kimi getməlidir.
• Öncədən Hədəf: Hər tədbirə başlamazdan əvvəl 2-3 konkret tənzimləyici maneəni aradan qaldırmaq hədəfi ilə çıxış edin.
• Aparılan İslahatlara Hesabat: Konfranslarda qaldırılan problemlərə 3-6 ay ərzində islahat cavabı verin və növbəti tədbirdə nəticəni hesabat edin.
Özəl Sektorlardan çıxış edənlərə tövsiyyəm: Həll Yolları Təklif Edin!
• Problemlə Değil, Həll Yolu ilə Gəlin: Sadəcə şikayətlə deyil, konkret, ölçülə bilən (KPI-lı) həll təklifləri ilə çıxış edin.
• B2B Prioriteti: Tədbiri sadəcə protokol üçün deyil, yeni müqavilələr, tərəfdaşlıqlar və B2B əlaqələri qurmaq üçün bir fürsət kimi görün.
Nəticə: Konfransların sayı vacib deyil, keyfiyyəti və islahatlara təsiri vacibdir. Hər bir tədbirin Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək üçün konkret bir addım olmasını təmin edək!
Bu arada yaxında önəmli bir konfrans olacaq. Qatılmanızda fayda var.
#Azərbaycan #İqtisadiİnkişaf #İnvestisiya #Forumlar #ÖzəlSektor #DövlətÖzəlTərəfdaşlıq #İslahat
2 Novembre 2025 à 13h09
Voir sur LinkedIn →